28 oktyabr 2024 11:21
175

Azərbaycan karateçiləri Rusiyada 5 medal qazanıblar

Azərbaycanın yeniyetmə karateçiləri Rusiyanın Oryol şəhərində keçirilmiş "Karat Cup" beynəlxalq turnirində 5 medal qazanıblar.

Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, "Jaguar" İdman Klubunun idmançılarından Şamo Kamilov (+70 kq) gümüş, Murad Dinç (70 kq), Bəhman Orucov (57 kq) və Sultan Səlimov (52 kq) şəxsi kumite yarışlarında bürünc mükafata sahib çıxıblar.

Komanda kumite yarışlarında Şamo Kamilov, Murad Dinç, Bəhman Orucov və Sultan Səlimov bütün rəqiblərini qabaqlayaraq qızıl medala yiyələniblər.

Qeyd edək ki, beynəlxalq turnirdə 5 ölkədən (Rusiya, Azərbaycan, Belarus, Qazaxstan və Ermənistan) 500-ə yaxın karateçi mübarizə aparıb.