28 oktyabr 2024 12:11
173

Ançelottiyə qapını göstərdilər

"Real" rəhbərliyindəki bəzi nüfuzlu şəxslər baş məşqçi Karlo Ançelottinin istefaya göndərilməsini istəyir.

“İki sahil” xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb. Rəhbərliyin Ançelottidən narazılığı La Liqanın 11-ci turunda "Barselona"ya məğlubiyyətdən (0:4) sonra güclənib.

Adı açıqlanmayan şəxslər komandada gündəlik iş prosesinin təşkili formasını bəyənmirlər. Onlar həm də məşqçinin gənc futbolçulara münasibətindən və onlara inamının olmamasından narazıdırlar. Xüsusilə, də sözügedən şəxsləri Ançelottinin türkiyəli yarımmüdafiəçi Arda Gülere hələ də lazımi şansı verməməsi narahat edir.

Rəhbərlik Karlonun son illərdə klubun uğurlarına verdiyi töhfəni yüksək qiymətləndirir, lakin onun komandadan getmək vaxtının gəldiyinə inanır.

Artıq paltardəyişmə otağında oyunçular arasında gərginlik yaranmağa başlayıb.

Bununla belə, Ançelottinin hər şeyə rəğmən Madrid klubunun prezidenti Florentino Peresin etimadını qazandığı qeyd edilir.

Qeyd edək ki, italiyalı mütəxəssis 2021-ci ilin yayından "Real"ın baş məşqçisidir.