Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında qızıl medal qazanıb.
“İki sahil” xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda iranlı Poya Marz ilə üz-üzə gəlib.
Görüş 1:1 hesabı ilə başa çatsa da, xalların keyfiyyətinə görə E.Əzizli qalib gəlib. Bununla da o, karyerasında 4-cü dəfə dünya çempionatında qızıl medala yiyələnib.