30 oktyabr 2024 11:51
191

İngiltərə klubu 17 yaşlı gürcü futbolçunu transfer edib

İngiltərənin "Nyukasl" klubu Gürcüstan təmsilçisi "Dinamo"nun 17 yaşlı hücumçusu Vaxtanq Saliyanı transfer edib.

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ön xətt oyunçusu İngiltərə komandasına 2025-ci ilin avqustunda, 18 yaşı tamam olduqdan sonra qoşulacaq. Həmin vaxta qədər isə karyerasına Gürcüstan klubunda davam edəcək.

Qeyd edək ki, V.Saliya "Dinamo"da debüt matçını 2023-cü ilin noyabrında keçirib. Futbolçu bu mövsüm meydana çıxdığı 27 oyunda 5 qol vurub.