Gələn il Azərbaycan gimnastika üzrə beynəlxalq təqvimə daxil olan 6 yarışa ev sahibliyi edəcək.
“İki sahil” xəbər verir ki, Bakıda 4 növ üzrə Dünya kuboku keçiriləcək.
Mövsümü ilk olaraq fevralın 22-23-də Milli Gimnastika Arenasında batut və tamblinq ustaları açacaqlar.
Martın 6-9-da paytaxtda idman gimnastikası üzrə Dünya kuboku, aprelin 18-20-də isə bədii gimnastika üzrə Dünya kuboku keçiriləcək.
İyunun 13-15-də keçiriləcək Dünya kuboku mərhələsində iştirak etmək üçün akrobatlar da Bakıya gələcəklər.
Eyni zamanda, ilin ikinci yarısında ölkədə Avropa Gimnastikasının təqviminə daxil olan yarışlar təşkil ediləcək. Gəncədə aerobika üzrə Avropa çempionatı, həmçinin bu növdə yaş qrupları üzrə Avropa yarışları keçiriləcək.
Onların keçirilmə tarixləri də artıq məlumdur. Noyabrın 9-11-də yaş qrupları üzrə yarışlar, 14-16-da isə qitə çempionatı olacaq.