Türkiyəli məşqçi Volkan Demirelin yeni klubu məlum olub.
"İki sahil" Türkiyə mətbuatına istinadən xəbər verir ki, 43 yaşlı keçmiş qapıçı "Bodrumspor"la razılığa gəlib. Yaxın günlərdə bu təyinatın rəsmən açıqlanacağı bildirilib.
"Bodrumspor" bu mövsümdən Superliqada çıxış edir. Komanda 10 turdan sonra 10 xalla 13-cü pillədədir.
Qeyd edək ki, futbolçu karyerasını başa vurduqdan sonra bi müddət "Fənərbaxça"da köməkçi məşqçi kimi çalışan Volakn Demirel daha sonra "Fatih Karagümrük" və "Hatayspor"un baş məşqçisi olub. O, 6 aydır ki, işizdir.