31 oktyabr 2024 09:40
163

Dünya çempionatı: Azərbaycanın üç sərbəst güləşçisi bürünc medal qazana bilər

Azərbaycanın üç sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatında bu gün bürünc medal qazana bilər.

“İki sahil” xəbər verir ki, hər üç təmsilçimiz təsəlliverici görüşə çıxacaq.

Nürəddin Novruzov (61 kq) ilk görüşündə Cude Hammer (Kosta-Rika) ilə üz-üzə gələcək. Orxan Abasov (79 kq) birinci duelində Suldhu Olonbayarın (Monqolustan) müqavimətini qırmağa çalışacaq. Abubakr Abakarov (92 kq) isə Devid Teylorla (ABŞ) qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) dünya çempionu olublar. Yığma komanda hesabında birinci yeri tutub. Qadınlar isə turniri mükafatsız başa vurublar. Dünya çempionatına bu gün yekun vurulacaq.