31 oktyabr 2024 10:53
176

İngiltərə millisinin kapitanının evi qarət edilib

İngiltərənın kriket yığmasının kapitanı Ben Stokesin evi bir qrup maskalı şəxs tərəfindən qarət edilib.

"İki sahil" BBC-yə istinadən xəbər verir ki, bu barədə idmançı özü bildirib.

O, Pakistandakı Test Seriyası matçında olarkən evinin qarət edildiyini deyib. Hadisə zamanı 33 yaşlı kriketçinin həyat yoldaşı və iki uşağı evdə olub.

B.Stokes ailəsinin heç bir zərər görmədiyini bildirsə də, bəzi dəyərli əşyaların oğurlandığını söyləyib. O, itmiş əşyaların, həmçinin 2020-ci ildə qazandığı OBE medalının fotosunu sosial şəbəkələrdə paylaşıb.

Hadisədən sonra İngiltərə yığması Test Seriyasının ikinci matçında Pakistana məğlub olub, B.Stokes isə 37 xal toplayıb.