31 oktyabr 2024 17:10
204

Şəhriyar Məmmədyarov üç pillə irəliləyib

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) reytinqində üç pillə irəliləyib.

“İki sahil”in məlumatına görə, 39 yaşlı qrossmeyster noyabr ayı üçün tərtib olunan siyahıda 2738 əmsal 15-ci pillədə qərarlaşıb.

İki sıra geriləyən Teymur Rəcəbov (2698) 33-cüdür.

Rauf Məmmədovun (2651) da mövqeyində dəyişiklik baş verib. İti zəka sahibi 90-dan 82-ci yerədək yüksəlib. Ötən ay siyahıda yer alan Aydın Süleymanlı isə "100-lük"dən kənarda qalıb.

Siyahıya norveçli Maqnus Karlsen (2831) başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana (2805) ikinci, bu ölkənin digər şahmatçısı Hikaru Nakamura (2802) üçüncüdür.

Azərbaycanın qadın şahmatçılarından Günay Məmmədzadə (2417) 39-cu, Gövhər Beydullayeva (2403) 44-cü, Ülviyyə Fətəliyeva (2381) 65-ci, Xanım Balacayeva (2362) isə 79-cu pillədə yer alıb.

Burada ilk üç pillədə çinli şahmatçılar - Yifan Hou (2633), Venyun Yu (2563) və Zonqyi Tan (2551) qərarlaşıblar.