İspaniyanın şərqindəki daşqınlar nəticəsində ölənlərin sayı 155 nəfərə çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə regional fövqəladə hallar xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.
***
İspaniyada intensiv yağışlar və sel nəticəsində ölənlərin sayı 140 nəfərə çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
Daha əvvəl ölü sayı 104 nəfər təşkil edirdi.
Hazırkı fırtına İspaniya tarixinin ən dağıdıcı təbii fəlakətlərindən biri hesab olunur.
Qeyd edək ki, oktyabrın 29-da İspaniyada intensiv yağışlar avtomobil, dəmir yolu və hava əlaqələrini pozub. Ən çox zərər çəkən bölgələrin sakinləri evlərini tərk etməməyə çağırılıb.