"Bayer" baş məşqçisi Xabi Alonsonun bu mövsümün sonunda "Real"a rəhbərlik etməsinə hazırdır.
“İki sahil” xəbər verir ki, bu barədə Relevo məlumat yayıb.
“Real”ın İspaniya La Liqasının 11-ci turunda “Barselona” ilə oyununda məğlubiyyətindən (0:4) sonra ispan çalışdırıcıya marağı daha da artıb. "Kral klubu" baş məşqçi vəzifəsinə Xabi Alonsonu gətirməkdə israrlıdır.
Eyni zamanda, klub rəhbərliyi komandanın hazırkı baş məşqçisi Karlo Ançelottiyə də hörmətsizlik göstərmək istəmir. Bu səbəbdən italiyalı mütəxəssis Madrid təmsilçisinin baş məşqçi vəzifəsindən getsə, ona başqa vəzifə təklif olunacaq. Ançelotti "Real"da səfir və ya baş məsləhətçi ola bilər.
Qeyd edək ki, "Bayer" ötən mövsüm Xabinin rəhbərliyi altında Bundesliqanın çempionu olub.