01 noyabr 2024 15:22
217

UEFA "Qarabağ"ın məşqçisini iki oyunluq cəzalandırıb

UEFA "Qarabağ"ın məşqçisi Çudomir Çakarovu iki oyunluq cəzalandırıb.

“İki sahil” xəbər verir ki, buna 47 yaşlı mütəxəssisin Bakıda "Ayaks"a uduzduqları (0:3) Avropa Liqasının Liqa mərhələsinin III turunun matçında qırmızı vərəqə alması səbəb olub.

Görüşü idarə edən şotlandiyalı FIFA referisi Nikolas Uolş fasilədə Bolqarıstandan olan məşqçiyə qırmızı vərəqə göstərib.

O, Avropa Liqasında qarşıdakı iki matçda texniki zonada əyləşə bilməyəcək.

Bundan əlavə, həmin qarşılaşmada birbaşa qırmızı vərəqə görən Julio Romao və ikinci sarı vərəqədən sonra meydandan qovulan Elvin Cəfərquliyev hərəyə bir oyunluq cəzalandırılıblar.

Qeyd edək ki, "Qarabağ" IV turda, noyabrın 7-də Norveçdə "Budyo Qlimt"in qonağı olacaq.