Azərbaycan Basketbol Liqasında III turun daha bir oyunu keçirilib.
“İki sahil” xəbər verir ki, günün ikinci matçında "Lənkəran" "Quba" ilə üz-üzə gəlib.
Qarşılaşma cənub təmsilçisinin qələbəsi ilə bitib - 86:81.
Günün ilk görüşündə "Gəncə" "Ordu"dan üstün olub - 82:61.
Əvvəlki oyunlarda "Naxçıvan" "Sərhədçi"ni (83:66), NTD "Neftçi"ni (66:63) məğlub edib. Tura noyabrın 3-də iki matçla yekun vurulacaq.