02 noyabr 2024 19:26
192

"Barselona" onlarla danışıqlar aparır

"Barselona" futbolçuları Pedri, Qavi və Ronald Arauxoya yeni müqavilə təklif edib. 

“İki sahil” xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb. Kataloniya klubu Pedri və Qavi ilə danışıqların artıq uğurlu olduğunu hesab edir. Onlar kluba razılıq veriliblər və yaxın müddətdə yeni müqavilə imzalanacağı gözlənilir. Lakin Arauxo hələ də cavab verməyib. 

Klub təmsilçilərinin gələn həftə 25 yaşlı uruqvaylı müdafiəçi ilə bununla bağlı görüş keçirəcəkləri gözlənilir. "Barselona"da müsbət cavab alacaqlarını gözləyirlər. 

Qeyd edək ki, hər üç futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.