Misli Premyer Liqasının XII turuna bu gün baş tutacaq iki oyunla yekun vurulacaq.
“İki sahil” xəbər verir ki, ilk olaraq "Kəpəz" Tovuz şəhər stadionunda "Səbail" komandasını qəbul edəcək. Kamal Umudlunun baş hakim olduğu oyun saat 16:00-da başlayacaq.
Günün ikinci qarşılaşması Sumqayıtda, Mehdi Hüseynzadə adına stadionda keçiriləcək. "Sumqayıt" komandası evdə "Sabah"la üz-üzə gələcək. Rəvan Həmzəzadənin idarə edəcəyi oyun saat 19:00-da start götürəcək.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" öz meydanında "Araz-Naxçıvan"a 0:1 hesabı ilə məğlub olub, "Turan-Tovuz" - "Qarabağ" qarşılaşması isə qolsuz bərabərliklə başa çatıb. "Zirə" isə səfərdə "Şamaxı" komandasını 2:0 hesabı ilə məğlub edib.