03 noyabr 2024 13:59
183

Azərbaycanın ağırlıqqaldıranı Avropa birinciliyində üç medal qazanıb

Azərbaycanın ağırlıqqaldıranı Əli Şükürlü (109 kq) Polşanın Raşin şəhərində gənclər və 23 yaşadək atletlər arasında keçirilən Avropa birinciliyində 3 medal qazanıb.

"İki sahil" Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda iştirak edən Azərbaycan millisinin ən ağırçəkili üzvü birdən qaldırma hərəkətində 173 kq nəticə göstərərək Avropa birinciliyinin gümüş medalını qazanıb.

Təkanla qaldırma hərəkətində 201 kq ağırlığı başı üzərinə qaldıran idmançı bu dəfə bürünc medala sahib olub.

Ə.Şükürlü toplam çəkidə də ən güclü "üçlüy"ə düşməyi bacarıb. O, 374 kq (173+201) nəticəyə imza ataraq fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.