"Barselona"nın futbolçusu Rafinya sabiq baş məşqçisi Xavi Hernandez haqda danışıb.
“İki sahil” İspaniya mətbuatına istinadən xəbər verir ki, o, deyib: "Xavi burada olanda bilirdim ki, 60-cı dəqiqədən sonra əvəzlənəcəm. 60 dəqiqə ərzində əlimdən gələni edirdim, amma heçnə dəyişmirdi. Digər hallarda isə nəsə dəyişəndə, mən yenə də əvəzlənirdim".
Qeyd edək ki, Rafinya bu mövsüm "Barselona"nın heyətində 14 oyuna çıxaraq 10 qol vurub və 9 qolun ötürməsini edib.