04 noyabr 2024 03:03
154

"Real Madrid" "Qızıl top"un təşkilatçıları ilə münasibətlərə son qoydu

"Real Madrid" "Qızıl top" mərasiminin təşkilatçıları, xüsusilə "France Football" jurnalı ilə münasibətlərini kəsib.

“İki sahil” xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Qeyd olunur ki, qərar klubun oyunçusu Vinisius Juniorun nüfuzlu mükafatı ala bilməməsindən sonra verilib. Məlumata görə, Kral klubu həm də UEFA ilə əlaqələri məhdudlaşdırıb. Bundan sonra klub qurumla yalnız matçların təşkili ilə bağlı məsələlərdə təmas quracaq.

Xatırladaq ki, "Qızıl top 2024" mükafatı İspaniya millisinin və "Mançester Siti"nin yarımmüdafiəçisi Rodriyə verilib. "Real Madrid"in nümayəndələri mükafatlandırma mərasiminə qatılmayıb.