04 noyabr 2024 10:10
134

Premyer Liqa: XII tur aşağı məhsuldarlıqla əlamətdar olub

Misli Premyer Liqanın XII turu aşağı məhsuldarlıqla əlamətdar olub.

“İki sahil” Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, baş tutan 5 görüşdə 5 qol vurulub.

Yalnız “Şamaxı” – “Zirə” qarşılaşmasında (0:2) iki qol qeydə alınıb. “Neftçi” – “Araz-Naxçıvan” (0:1), “Kəpəz” – “Səbail” və “Sumqayıt” – “Sabah” (hər ikisi 1:0) matçlarında bir top vurulub. “Turan Tovuz”la “Qarabağ”ın görüşü isə qolsuz bitib.

Turda orta məhsuldarlıq 1,00-a bərabər olub. Bu, son 8 mövsümün antirekordudur.

Həm eyni, həm də daha aşağı məhsuldarlıq sonuncu dəfə 2016/2017 mövsümündə yaşanıb. Həmin vaxt 4 matçın keçirildiyi XXII turda 4 (orta məhsuldarlıq 1,00), II turda cəmi 3 (orta məhsuldarlıq 0,75) qol qeydə alınıb.