05 noyabr 2024 00:15
187

Fransada fermerlər yenidən etiraz aksiyası keçirə bilər

Fransa Fermerlərinin Həmkarlar İttifaqı CR47 Beşinci respublikanın səlahiyyətlilərinin hərəkətsiz qalmağa davam edəcəkləri təqdirsə, ölkədə məhsul tədarükünü maneə törətməklə hədələyir.

“İki sahil” bu barədə “France Press”ə istinadla xəbər verir.

"CR47 bütün fermerləri noyabrın 19-da prefekturalar qarşısında nümayiş keçirməyə çağırır. Hakimiyyətin güclü və dərhal qərarları olmadan, ertəsi gün fermerlər məhsul tədarükünü əngəlləyəcəklər", - Həmkarlar İttifaqından bildirilib.

CR47 Fransanın cənub-qərbindəki fermerlərin kütləvi dəstəyinə ümid edir.

Bundan əvvəl məlum olub ki, Avropa İttifaqı G20 sammitində Cənubi Amerika ölkələrinin birləşmiş bazarı olan MERCOSUR ilə ticarət sazişi bağlayarsa, fransız fermerləri yeni etiraz aksiyalarına başlamağa hazırdır.

Avqustda Fransanın taxıl dövləti statusunu itirmək riski ilə üzləşdiyi bildirilirib: ölkə 1983-cü ildən buğdanın ən pis istehsalı ilə üzləşir. (Report)