28 noyabr 2024 22:03
90

Livan İsraili atəşkəs razılaşmasını pozmaqda ittiham edib

İsrail silahlı qüvvələri Livanda atəşkəs razılaşmasını bir neçə dəfə pozub.

“İki sahil” xəbər verir ki, bu barədə Livan ordusunun mətbuat xidmətinin “X”də dərc olunmuş bəyanatında deyilir.

“2024-cü il noyabrın 27 və 28-də İsrail müxtəlif növ silahlarla Livan ərazilərinə hücum edərək atəşkəs razılaşmasını bir neçə dəfə pozub”, - bəyanatda qeyd edilir.