05 noyabr 2024 13:57
158

Ukraynanı bu qış NƏ GÖZLƏYİR?

Ukraynanı hərbi əməliyyatlar başlayandan bəri ən sərt qış gözləyir.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, ölkədə elektrik enerjisnin kəsilməsi gündə 20 saata çatır.

Bu, mümkün olan ən pis ssenaridir. “Politico” nəşri yazır, ən real ssenaridə belə, işıqların kəsilməsi 8-14 saat davam edəcək. Avropa İttifaqı Kiyevə yardım edir, lakin bu, bütün ehtiyacları ödəməyə kifayət etmir. Həll yolu enerji obyektlərinə hücumlardan qarşılıqlı imtina barədə razılaşma ola bilər və tərəflərin belə danışıqlara qayıtması şansları var.

"Deutsche Welle" yazır ki,  temperaturun sıfıra enməsi ilə Ukraynanı sərt qış və uzun elektrik kəsmələri gözləyir: elektrik enerjisinə tələbat 20-25% artır, lakin Rusiyanın infrastruktura təkrar hücumları fonunda bunu təmin etmək çətin olacaq.

"Politico" daha bədbin qiymət verir: Ukrayna hökumətinin enerji məsələləri üzrə müşaviri Aleksandr Xarçenko 20 saatlıq işıqların kəsilməsi barədə xəbərdarlıq edib. Havanın temperaturu -10 dərəcədən aşağı düşərsə və Rusiya atom elektrik stansiyalarını bağlayarsa, bu, ən pis ssenaridə baş verəcək.