Rublun məzənnəsi ilə bağlı vəziyyət nəzarət altındadır və panikaya səbəb yoxdur.
“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
“Ümumiyyətlə, vəziyyət nəzarət altındadır. Şübhəsiz ki, çaxnaşma üçün heç bir səbəb yoxdur. Bəli, həm bizdə, həm də qonşu ölkələrdə proseslər asan deyil, lakin onlar nəzarətdədir, hər şey plan üzrə gedir”, - deyə, Putin Astanada jurnalistlərə vurğulayıb.