05 noyabr 2024 14:39
159

Kreml Aİ-yə partlayıcı maddələrin göndərilməsini TƏKZİB EDİB

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov partlayıcı maddələrin Avropa İttifaqı (Aİ) ölkələrinə ötürülməsində Rusiya kəşfiyyatının iştirakı ilə bağlı xəbərləri yalan adlandırıb.

“İki sahil” xəbər verir ki, Wall Street Journal (WSJ) yazır ki, Qərb təhlükəsizlik xidmətləri Rusiyanın DHL vasitəsilə yandırıcı cihazların göndərilməsində iştirak etdiyini düşünür.

“Həm sözügedən nəşr, həm də kifayət qədər hörmətli olan digər nəşrlər çox vaxt belə qeyri-müəyyən informasiya zibilləri həyata keçirirlər ki, bu da heç bir etibarlı məlumatla dəstəklənmir. Məncə, bu, saxtakarlıqlardan biridir”, - deyə, Kreml rəsmisi bildirib.