05 noyabr 2024 15:15
160

Ermənistan sakinlərinin 60%-i Paşinyanın fəaliyyətindən narazıdır

Ermənistan vətəndaşlarının təxminən 60%-i baş nazir Nikol Paşinyanın işini bəyənmir.

"İki sahil” yerli KİV-ə istinadən xəbər verir ki, bunu “MPG/Gallup International Аssociation”ın oktyabrın 24-dən 30-dək keçirdiyi sorğunun nəticələri sübut edir.

Sorğuda iştirak edən 1100 respondentdən 14,1%-i baş nazirin işindən "birmənalı razı", 20,4%-i "demək olar ki, razı”, 16,1%-i "demək olar ki, narazı olduğunu", 41,5%-i isə "birmənalıq olaraq bəyənmədiyini" bildirib.

Vətəndaşların yarıdan çoxu həmçinin prezidentin, hökumətin və parlamentin işini mənfi qiymətləndirib. Parlament və prezidentin fəaliyyətini tam müsbət qiymətləndirənlər yalnız 8,6% təşkil edib.