05 noyabr 2024 16:39
174

Rusiyada qaz istehlakı aylıq rekordu yeniləyib - “Qazprom”

Bu ilin oktyabr ayında Rusiyada Vahid Qaz Təchizatı Sistemi (UGSS) zonasında qaz istehlakı 32,6 milyard kubmetr təşkil edib.

"İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, “Qazprom”un mətbuat xidmətinin məlumatına görə, bu, yeni rekorddur.

Şirkət əlavə edib ki, oktyabrın 11 günü ərzində UGSS-dən qaz tədarükü bu günlər üçün maksimum səviyyədə olub. Bundan əvvəlki aylıq rekord ötən ilin oktyabrında qeydə alınıb.

Rusiyada qaz hasilatı daxili bazarda artan tələbat fonunda artmaqda davam edir. Bu ilin yanvar-sentyabr aylarında 516,6 milyard kubmetr qaz hasil edilib. Bu, əvvəlki illə müqayisədə 8,9% çoxdur.