05 noyabr 2024 18:47
173

Rusiya Gürcüstanla ikitərəfli əlaqələrin normallaşdırılması prosesinə davam etməyə hazırdır

ABŞ və Aİ süni şəkildə Gürcüstandakı parlament seçkilərini Rusiya ilə Qərb arasında seçim kimi təqdim etməyə çalışır.

“İki sahil” xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov "RIA Novosti"yə verdiyi müsahibəsində bildirib.

“Həqiqətən də bu, milli maraqlar əsasında suveren inkişafla xarici idarəetmə, ənənəvi dəyərlərlə neoliberal prinsiplər arasında seçimdir,” – o, deyib.

Nazir eyni zamanda, Gürcüstandakı parlament seçkilərinə Rusiyanın müdaxiləsi ilə bağlı bəyanatları “açıq yalan” adlandırıb və Rusiya tərəfinin ikitərəfli əlaqələrin normallaşdırılması prosesinə davam etməyə hazır olduğunu vurğulayıb.