06 noyabr 2024 14:39
180

Aİ liderləri Trampın qələbəsi ilə bağlı təcili müzakirə aparacaqlar

Avropa İttifaqı (Aİ) liderləri noyabrın 7-8-də Budapeştdə keçiriləcək sammitdə Donald Trampın ABŞ prezidenti seçkilərində qələbəsindən sonra Aİ-nin gələcək addımları ilə bağlı təcili müzakirə aparacaqlar.

“İki sahil” xəbər verir ki, bu barədə TASS-a Brüsseldəki diplomatik mənbə məlumat verib.

Əsas müzakirə mövzuları Aİ ilə ABŞ arasında yeni ticarət müharibəsi riskləri və Vaşinqtonun Kiyevə dəstəyinin azalması ilə bağlı olacaq.

“Budapeştdə keçiriləcək qeyri-rəsmi sammit liderlərin Aİ-nin Trampın qələbəsinin nəticələrinə hazırlıqla bağlı təcili müzakirə aparması üçün yaxşı fürsət olacaq. Bu hadisə iki əsas risklə - ABŞ ilə iqtisadi münasibətlərin mürəkkəbləşməsi, hətta yeni ticarət müharibəsinin başlanması və Ukraynaya hərbi yardımın azaldılması mümkünlüyü ilə əlaqələndirilir ", - diplomat qeyd edib.