07 noyabr 2024 10:41
170

"Qalatasaray" və "Fənərbağça"nın növbəti sınağı

Bu gün UEFA Avropa Liqasında IV tura yekun vurulacaq.

“İki sahil” xəbər verir ki, azarkeşlər son oyun günündə 17 qarşılaşmaya şahidlik edəcəklər.

Türkiyə təmsilçisi "Qalatasaray" doğma meydanda İngiltərənin "Tottenhem" klubunu qəbul edəcək. İtaliyanın "Roma" komandası isə Belçikada yerli "Yunion" kollektivinin qonağı olacaq. Hər iki matç Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.