20 noyabr 2024 12:17
130

BƏƏ naziri: Təbiətin qorunmasına diqqət yetirilməsə turizm inkişaf edə bilməz

Təbiətin qorunmasına diqqət yetirilməsə və iqlim dəyişikliyi tendensiyaları izlənilməsə, turizm sahəsi lazımi qaydada inkişaf edə bilməz.

“İki sahil” xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Abdullah bin Touq Al Marri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşündə bildirib.

"Monteneqro kiçik ölkə olsa da, turizm imkanları baxımından inkişaf edən ölkədir. Turizm Monteneqroda əsas sahədir. Bu, əslində bizim üçün strateji sektordur və ÜDM-nin təxminən 30 %-ni təşkil edir. Beləliklə, bu sahənin bizim üçün nə qədər vacib olduğunu təsəvvür edə bilərsiniz", - o vurğulayıb.

Onun sözlərinə görə, ölkəsi iqlim dəyişikliklərinin turizm sahəsinə təsirinə biganə ola bilməz: "Əgər biz təbiəti qorumağa diqqət yetirməsək və iqlim dəyişikliyi tendensiyalarını izləməsək, turizmi lazımi qaydada inkişaf etdirə bilmərik. Biz turist mövsümünü onun tipik və ənənəvi sərhədlərindən kənara çıxararaq 365 günlük mövsümə doğru genişləndirmək zərurətini qəbul etmişik. Təəccüblü olsa da, iqlim dəyişikliyi belə ehtiyacı qarşılamaq imkanı yaradaraq əslində bu məqsədi dəstəkləyir. Bundan əlavə, Monteneqro özünü hər kəs üçün mövcud və əlçatan olan unikal turizm məkanı kimi təqdim etməyi hədəfləyir".