24 noyabr 2024 08:03
124

Finlandiyada pilotlar kütləvi tətilə hazırlaşırlar

Finlandiyanın “Finnair” şirkəti dekabrın 9-13-də 300-dən çox uçuşu təxirə salacaq. Bu da 33 mindən çox sərnişinin hərəkətinə təsir edəcək.

“İki sahil” “Le Matin” saytına istinadla xəbər verir ki, buna səbəb sözügedən tarixdə pilotların kütləvi tətil planlaşdırmasıdır.

Tətili təşkil edən Finlandiya Pilotlar Assosiasiyası bildirir ki, məqsəd kollektiv müqavilənin tələblərinin yerinə yetirilməsidir. Şirkət rəhbərliyi ilə danışıqlar nəticə vermədiyi üçün pilotlar dekabrda tətil keçirməyə qərar veriblər.