25 noyabr 2024 02:15
157

Qayıqda qızınmaq istədi, canından oldu

İzmirin (Türkiyə) Karşıyaka rayonunda qayıqda yanğın baş verib.

“İki sahil”in “TRT Haber”ə istinadən verdiyi məlumatına görə, qayıqda yaşayan 71 yaşlı şəxs hadisə zamanı dünyasını dəyişib.

Məlumata görə, Bostanlı Balıqçılar Sığınağında bir qayıqda yanğın baş verib. Yanğın böyüyərək başqa qayığa keçib.

Hadisə yerinə yanğınsöndürən, polis və tibb qrupları göndərilib.

Yanğın zamanı qayıqda olan Tamer Qazanferin öldüyü müəyyən edilib.

Yanğının Qazanferin isinmək üçün istifadə etdiyi qaz balonu ilə işləyən sobadan başladığı ehtimal edilir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”