25 noyabr 2024 12:39
75

Uşaq malları sənayesinin inkişafı ilə bağlı PLAN

Rusiyanın baş naziri Mixail Mişustin uşaq malları sənayesinin inkişafı üzrə yeni beşillik planı təsdiq edən fərman imzalayıb.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, sənədə əsasən, 2030-cu ilə qədər istehsal həcmi 982 milyard rublu keçməlidir.

“Yol xəritəsi”ndə Rusiya istehsalı olan malların bu kateqoriyasının daxili bazarda payının 50%-ə çatması da nəzərdə tutulub.

Mişustin qeyd edib ki, “yol xəritəsi”uşaq və yeniyetmələr üçün, o cümlədən təlim və təhsil üçün zəruri məhsul və xidmətlərin istehsalını təmin edən infrastrukturun sistemli şəkildə genişləndirilməsinə yönəlib. Digər məsələlərlə yanaşı, regionlarda sənayenin vəziyyəti də izlənəcək

Mixail Mişustin Sənaye və Ticarət Nazirliyinə uşaq malları sənayesinin vəziyyəti haqqında hər il hesabat verməyi tapşırıb.