2024-cü ildə Naxçıvan Muxtar Respublikasında 10 098 "ASAN İmza" sertifikatı verilib.
"İki sahil" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü illə müqayisədə 20,4 % azdır.
Hesabat dövründə "ASAN İmza" 5 750 müraciət üzrə təqdim olunub ki, bu da 1 il əvvələ nisbətən 19 % azdır.
Bundan başqa, ötən il vergi ödəyicilərinə 676 182 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 97 görüş keçirilib, 687 sayda ünvanlı xidmət göstərilib.
Azərbaycanda meyvə bağlarının aqrar sığortası mövsümü başlayır – ŞƏRTLƏR və QİYMƏTLƏR