Yəməndə yanacaqdoldurma məntəqəsində partlayış baş verib.
“İki sahil” xəbər verir ki, hadisə nəticəsində azı 17 nəfərin öldüyü, 50 nəfərin yaralandığı bildirilib.
İranın dəstəklədiyi husilər tərəfindən idarə olunan Səhiyyə Nazirliyinin məlumatına görə, yaralıların əksəriyyətinin vəziyyəti ağırdır.
Məhərrəm Ağalaroğlu, “İki sahil”