NATO-nun doqquz ölkəsi şərq cinahda qoşunların operativ yerləşdirilməsi qabiliyyətini yoxlamaq üçün yanvarın 13-dən fevralın 26-dək “Steadfast Dart-25” təlimləri keçirəcək.
"İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Müttəfiq Qüvvələrin Komandanlığı (ARF) məlumat yayıb.
Təlimlərdə NATO üzvü olan doqquz ölkədən təxminən 10 min hərbçi, həmçinin hava, quru, dəniz və xüsusi təyinatlı qüvvələr iştirak edəcək. Manevrlər Rumıniya, Bolqarıstan və Yunanıstanda keçiriləcək.