İran-Ermənistan Dostluq Qrupunun nümayəndə heyəti İrəvanda üçgünlük səfərdədir.
“İki sahil” xəbər verir ki, məlumatı İran KİV-i yayıb.
Bildirilib ki, qrupun sədri, erməni milliyyətinin nümayəndəsi Ara Şahverdiyan və başqa üzvləri ermənistanlı həmkarlarının dəvəti ilə İrəvandadırlar.
Məlumata görə, səfər çərçivəsində onların Ermənistan parlamenti və hökumətinin nümayəndələri ilə görüşü, əməkdaşlığa dair ikitərəfli məsələləri müzakirə edəcəyi planlaşdırılıb.
Səfər yanvarın 15-dək davam edəcək.