25 sentyabr 2017 17:37
513

ATƏT PA-nın xüsusi nümayəndəsi məcburi köçkünlərlə görüşüb

Bakıda səfərdə olan ATƏTParlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Masazırda məskunlaşan Zəngilan və Cəbrayıl rayonundan olan məcburi köçkünlərlə görüşüb.

Bu barədə APA-ya açıqlamasında Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü deputat Tahir Mirkişili deyib.

O qeyd edib ki, K. Vigenin məcburi köçkünlərin şəraiti ilə tanış olub, onlarla söhbət edib.

T. Mirkişili bildirib ki, K. Vigeninin bu gün Xarici İşlər Nazirliyində, sabah isə Azərbaycan Diplomatik Akademiyasında və Milli Məclisdə görüşləri nəzərdə tutulub.