23 sentyabr 2017 00:12
928

İrəm Dəricinin vəziyyəti yaxşıdır: "Artıq yemək yeyir"

Bir neçə gün əvvəl reanimasiya şöbəsinə yerləşdirilən İrəm Dəricinin vəziyyəti yaxşılaşıb.

Bu barədə məlumatı bütün günü xəstəxananın həyətində gözləyən İrəmin keçmiş sevgilisi Lider Şahin verib. Şahin deyib: "Vəziyyəti yaxşılaşır. Artıq yemək yeməyə başlayıb".

Gənc müğənni Lider Şahin İrəmin vəziyyəti pisləşəndə İtaliyada istirahətdə olub. Xəbəri alan kimi Türkiyəyə qayıdıb. Bütün günü xəstəxana həyətində İrəmi gözləyib.

İrəmlə münasibətləri barədə isə Şahin bildirib ki, cütlük həmişə dost olaraq qalacaq.