22 sentyabr 2017 15:05
592

Yasamalda yataqxanada yanğın olub

Sentyabrın 22-də səhər saatlarında Yasamal rayonunda yataqxana binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, ilkin məlumata əsasən, binanın üçüncü mərtəbəsində mənzildə 12 kvadratmetr sahədə ev əşyaları yanıb. Yanğın zamanı binadan 10 nəfər təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub, alov saat 09:51-də söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.