Abşeron rayonunun Masazır qəsəbəsində ümumi sahəsi 88 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, bitişik evlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.