Meksikanın Oaxaka və Duranqo ştatlarında avtobusların iştirakı ilə baş vermiş iki qəza nəticəsində azı 25 nəfər ölüb.
“İki sahil” xəbər verir ki, bu barədə “Milenio” nəşri məlumat yayıb.
Bildirilib ki, Mitla – Teuantepek şosesində Santo-Dominqo-Narro yaşayış məntəqəsi yaxınlığında avtobusun aşması nəticəsində 11 nəfər həlak olub, daha 12 nəfər yaralanıb.
Ölkənin şimalında yerləşən Duranqo ştatında isə avtobus və yük maşınının iştirakı ilə baş vermiş qəzada 14 nəfər ölüb. Belə ki, içərisində 24 sərnişin olan avtobus qoşqulu dartıcı ilə toqquşub, nəticədə yanğın baş verib.
Hər iki faktla bağlı araşdırma aparılır.