11 mart 2025 13:13
138

Türkiyədə daha bir terror təşkilatının 32 üzvü saxlanılıb

Türkiyədə DHKP/C (İnqilabçı Xalq Qurtuluş Partiyası Cəbhəsi) terror təşkilatına qarşı irimiqyaslı əməliyyat keçirilib.

“İki sahil” xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən bu istiqamətdə aparılan istintaq çərçivəsində 2014-2016-cı illər arasında İKOM (ehtiyac komitəsi) adı altında təşkilata maddi dəstək vermələri şübhəsi ilə 32 nəfər saxlanılıb. Nəzarətə götürülənlər arasında o dövrdə İstanbulun Ataşehir, Maltepe, Sarıyer və Şişli rayonlarının bələdiyyələrində işləmiş şəxslər də var.

Sözügedən bələdiyyələrdə aparılan araşdırmalarda tenderlərdə korrupsiya hallarının olduğu və terrorçulara maddi vəsaitin bu yolla ötürüldüyü aşkarlanıb.

Şübhəlilərin saxlanılması istiqamətində Türkiyənin İstanbul, Samsun, Bursa və İzmir şəhərlərində əməliyyatlar keçirilib.