Azərbaycan və ABŞ-nin “Environmental Systems Research Institute” şirkəti arasında Milli Məkan Məlumatları İnfrastrukturunun qurulması ilə bağlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev "X"sosial şəbəkəsindəki hesabında bildirib.
"Sənədin icrası Milli Məkan Məlumatları İnfrastrukturunun qurulması üzrə bilik mübadiləsinə, bu sahədə insan resurslarının inkişafına və özəl sektorda coğrafi informasiya sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış şirkətlərin inkişafına stimul verəcək", - deyə o qeyd edib.
"AİB 2028-ci ilə qədər Cənubi Qafqaz, Mərkəzi və Qərbi Asiyada inflyasiya proqnozlarını verib
2026-cı ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə sahibkarlara 24,8 milyon manat kredit verilib