29 may 2025 22:07
175

Azərbaycanlı alim Sankt-Peterburqda beynəlxalq konfransda iştirak edib - FOTO

14-16 may 2025-ci il tarixlərində “Artilleriya, Mühəndis və Rabitə Qoşunları Hərbi Tarix Muzeyi”ndə Rusiya Müdafiə Nazirliyinin Mədəniyyət İdarəsinin və “Rusiya Raket və Artilleriya Elmləri Akademiyası”nın təşkilatçılığı ilə “Müharibə və silahlar, yeni tədqiqatlar və materiallar” XII Beynəlxalq elmi-praktik konfrans keçirilib. 

“İki sahil” xəbər verir ki,  bu il konfrans nasizm üzürində qələbənin 80 illiyinə həsr olunub. Beynəlxalq konfransda 130 alim və tədqiqatçı iştirak edib. Beynəlxalq konfransın mühüm cəhətlərindən biri də odur ki, açılış günün qədər bütün konfrans iştirakçılarının məruzələri dörd cilddə çap olunaraq iştirakçılara təqdim edilib. Tədbirdə "GASR" Mədəni İrs və Tarixi Abidələri Qruyaq" İctimai Birliyinin direktoru, eyni zamanda ICOMAM Beynəlxalq Komitəsinin İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov üç elmi məruzə ilə çıxış edib. Alimin iki məruzəsi nasizm üzərində qələbənin 80 illiyinə həsr olunub. 

Məlumat üçün bildirək ki, Pərvin Gözəlov 2015-ci ildə həmin muzeyin fondundan Azərbaycanın elmi-mədəni həyatında ilk dəfə olaraq şəxsi təşəbbüsü ilə, heç bir maliyyə dəstəyi olmadan, Azərbaycan dövlətçiliyi tarixinə dair materiallar, tarixi eksponatları müəyyən edərək nəşr etdirib. 

“Artilleriya, Mühəndis və Rabitə Qoşunları, Hərbi Tarix Muzeyində” adlı araşdırma Rusiya Federasiyası muzeylərində Azərbaycanın tarixi bayraqlarının tədqiqi istiqamətində Azərbaycan tərəfindən ilk araşdırmadır.