30 may 2025 22:00
178

Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya ediləcək - YENİLƏNİB

Tərtərdə minaya düşərək xəsarət alan şəxsin ayağı amputasiya ediləcək.

“İki sahil” xəbər verir ki, bu gün saat 20:30 radələrində Tərtər rayonu Qaradağlı kəndi ərazisində minaya düşmə səbəbilə xəsarət alan 1978-ci il təvəllüdlü şəxs (kişi cinsli) Tərtər Rayon Mərkəzi Xəstəxanasından Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

“Sağ aşıq baldırının travmatik amputasiyası, sağ baldırın qəlpə yarası diaqnozu təyin edilən pasiyentin üzərində sağ baldır ayaq oynağının şopar oynağı amputasiyası əməliyyatı icra olunacaq. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır”.