İtaliyanın Baş naziri Ciorcia Meloni Yaxın Şərqdəki böhranla əlaqədar dünya və Avropa liderləri, eləcə də region ölkələrinin rəhbərləri ilə telefon danışıqları aparıb.
“İki sahil” xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurası məlumat yayıb. Bildirilir ki, Ciorcia Meloni ilə ABŞ Prezidenti Donald Tramp, Almaniya Kansleri Fridrix Merts və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen arasında məsləhətləşmələr olub.
İtaliyanın Baş naziri, həmçinin Səudiyyə Ərəbistanı, İordaniya, Oman, Birləşmiş Ərəb Əmirlikləri liderləri ilə telefon danışığında diplomatik həlli təşviq etmək üçün birgə işləməyi müzakirə edib.
Bundan başqa, Ciorcia Meloni İsrailin Baş naziri Benyamin Netanyahu ilə də fikir mübadiləsi aparıb.
Pezeşkian: Azərbaycan müharibə zamanı İrana əhəmiyyətli dərəcədə yardım göstərib
Britaniyada 30 dərəcədən yuxarı temperatur günlərinin sayında rekord qeydə alınıb