ABŞ-ın Ədliyyə Nazirliyi və Federal Təhqiqat Bürosu (FTB) Minnesota qanunverici orqanının üzvünə hücumun səbəblərini araşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın yazılı bəyanatında deyilir.
Onun sözlərinə görə, baş verənlər “ştatın qanunvericisinə qarşı məqsədyönlü hücum kimi görünür”. Amerika lideri vurğulayıb ki, ABŞ Ədliyyə Departamenti və Federal Təhqiqat Bürosunun əməkdaşları araşdırma aparır və qanun çərçivəsində hadisədə bütün əli olanları cəzalandırmaq niyyətindədirlər. Trampın sözlərinə görə, ABŞ-da belə dəhşətli zorakılığa yol verilməyəcək.
Xatırladaq ki, ABŞ-ın Minnesota ştatının senatoru Con Hoffman və həyat yoldaşı evlərində güllələnərək öldürülüb. Hadisə şənbə günü səhər baş verib. Polisin məlumatına görə, şübhəli şəxs özünü polis zabiti kimi təqdim edib.
Pezeşkian: Azərbaycan müharibə zamanı İrana əhəmiyyətli dərəcədə yardım göstərib
Britaniyada 30 dərəcədən yuxarı temperatur günlərinin sayında rekord qeydə alınıb