Son bir həftə ərzində Şimali İrlandiyada baş verən iğtişaşlarla əlaqədar 29 nəfər saxlanılıb.
"İki sahil" BBC-yə istinadla xəbər verir ki, polis orqanları növbəti günlərdə daha çox sayda həbslərin olacağını istisna etmir. İğtişaşlar ötən həftənin bazar ertəsi günü Antrim qraflığının Ballimena şəhərində baş vermiş cinsi təcavüz hadisəsinə (ehtimal olunur) qarşı keçirilən dinc etiraz aksiyasından sonra başlayıb və digər bölgələrə yayılıb. Hadisələr zamanı indiyədək ümumilikdə 64 polis əməkdaşı xəsarət alıb.
Ballimena və Larne şəhərlərində baş verən iğtişaşlarla əlaqədar son həbslər zamanı 5 nəfər saxlanılıb.