23 iyul 2025 13:23
140

Dövlət Neft Fondunun aktivləri artıb

Cari ilin iyun ayına Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 66 milyard 516 milyon dolllar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,7 faiz çoxdur.

“İki sahil” ARDNF-in ilk yarımili üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına istinadla xəbər verir ki, fondun aktivləri ilin əvvəli ilə müqayisədə 10,8 faiz artıb.

Bu ilin yanvar-iyun ayları ərzində ARDNF-in büdcə gəlirləri 4,56 faiz azalaraq 8 milyard 833 milyon manat, büdcə xərcləri isə 13,5 faiz artaraq 7 milyard 278,6 milyon manat təşkil edib.